Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:05

Abid Şərifov jurnalistə su altına girib evləri saymağı təklif edib


"Suya girib özün saya bilərsən"
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid

Baş nazirin birinci müavini Abid Şərifov müxbirə təklif edir ki, o suya girib daşqından zərər çəkmiş evləri saysın.

Su altında qalmış Kürətrafı rayonlara ezam olunmuş AzadlıqRadiosunun müxbiri ilə hadisə yerində olan Baş nazirin müavini Abid Şərifovun qısa müsahibəsi:

Abid müəllim, evlərdən söz düşmüşkən, nə qədər ev uçub? Statistika varmı? Bəndin üstü ilə gəzəndə görünür ki, xeyli ev uçub.

- Bilirsiz, bir az sual verəndə düşünün sual verin də. İndi səni buraxım suyun içinə, get gör uçub, uçmayıb?

İlkin məlumat...

- İlkin məlumat bilmirəm, get say... İlkin məlumat su çəkiləndən sonra bilinəsidir ki, nə qədər ev uçub. Çünki kənd yerində əksər evlər çiy kərpicdən tikilmiş evlərdir. Su dəyən kimi, su çəkilir, başlayır dağılmağa. İndidən biz heç nə deyə bilmərik. Bu məsləyə qayıdılasıdır yalnız və yalnız su çəkiləndən sonra...




AzadlıqRadiosunun müxbiri Maarif Çingizoğlunun Kürboyu rayonlardan gətirdiyi məlumat və təəssüratları dinləyin...

XS
SM
MD
LG