Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Qadın haqları müdafiəçisi şallaqlanacaq


İran hökuməti 2007-ci ilin etirazlarında iştirak etdiyinə görə, qadın hüquqları müdafiəçisi Şadi Sədri və bir gənc fəalı azadlıqdan məhrum edib. Onlar həm də şallaqlanacaqlar.

Fəalların vəkili Mühamməd Mustafa İRNA xəbər agentliyinə deyib ki, bu gün inqilabi məhkəmə Şadi Sədrini 74 şallaqla və altı illik həbslə cəzalandırıb.

O, milli təhlükəsizliyə və ictimai qaydalara zərər vurmaqda günahlandırılır.

Digər fəal Məhbubeh Abbas Golazadə iki il yarımını həbsxanada keçirəcək və ona 30 şallaq vurulacaq. Ona da eyni ittiham irəli sürülüb.

Şənbə günü həmçinin islahtçılar partiyasının üzvü, keçmiş millət Möhsün Armin Tehranda həbs olunub. Onun qızı bu barədə islahatçıların vebsaytına deyib.
XS
SM
MD
LG