Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 08:07

Keçmiş polis olan Ağdam sakini özünü asıb


Ağdam rayonunda intihar hadisəsi baş verib.

İşğal altındakı Maqsudlu ərazi nümayəndəliyinin Çullu kəndindən olan, 1968-ci il təvəllüdlü Abdullayev Ramiz bu gün səhərə yaxın özünü yaşadığı evdə asıb.

Qohumları onun bu ilin fevralında daha üç polis əməkdaşı ilə birlikdə intizamsızlığa görə işdən uzaqlaşdırıldığını deyirlər.

Hələlik intiharın səbəbi bəlli deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.
XS
SM
MD
LG