Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 19:07

Sel İsmayıllıda da fəsadlar törədib


İsmayıllıda yağış ciddi fəsadlar törədib.

Doluyla başlayan yağış sonradan leysana çevrilib.

Nəticədə rayonun Aşıqbayramlı, Balik, Kürdmaşı, İmişdibi, Qalacıq, İstisu və Mahalı kəndlərini sel basıb, evlər və həyətyanı sahələrə su dolub.

Həmçinin sel 100 hektara yaxın taxıl və otlaq sahəsin i yararsız hala salıb.

İstisu, Qalacıq və Mahalı kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib, kəndlər işığqsız qalıb, yol və körpülərə ciddi ziyan dəyib.

Sel Göyçayın Qaraməryəm, Yekəxana, İncə kəndlərinə də ziyan vurub.


XS
SM
MD
LG