Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:25

İranda həbsdə olan fransalı müəllimə azad olunub


İranın hakim dairələri fransalı müəllimə Klotild Reysi həbsdən azad edib.

O ötən il mübahisəli prezident seçkilərindən sonra İranda keçirilmiş etiraz nümayişləri zamanı həbs olunmuşdur.

İranın hakim dairələri onu casusluqda, bu nümayişləri dəstəkləməkdə itiham edirdi.

Vəkilin məlumatına görə məhkəmə onun 286 min dollar məbləğində cərimə ödəməklə ölkəni tərk edə bilməsi barədə qərar qəbul edib.

Fransanın prezident aparatı artıq Klodilt Reysin İranı tərk etdiyini bildirib.

Bu məsələ iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

XS
SM
MD
LG