Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:23

«Faydasına baxmayaraq, mühacirlik ailələr üçün ağır yükdür»


Valideynlər öz uşaqlarının, ailə üzvlərinin rifahını yaxşılaşdırmaq üçün yad ölkələrə üz tuturlar...
Valideynlər öz uşaqlarının, ailə üzvlərinin rifahını yaxşılaşdırmaq üçün yad ölkələrə üz tuturlar...
BMT Baş Assambleyası 1993-cü ildə qərara alıb ki, hər il mayın 15-i Beynəlxalq Ailə Günü kimi qeyd olunsun. Bu il mayın 15-də dünyada miqrasiyanın ailələrə təsiri önə çəkilib.

BMT-nin Baş katibi Pan Gi Mun dünya ictimaiyyətinə müraciətində də ailələrdə miqrasiya problemlərini qabardıb:

«Sosial və iqtisadi bərabərsizlik adamları daha yaxşı dolanışıq axtarmaq üçün ev-eşiyini qoyub getməyə vadar edir. Valideynlər öz uşaqlarının, ailə üzvlərinin rifahını yaxşılaşdırmaq üçün yad ölkələrə üz tuturlar...

Miqrantlar işlədikləri ölkədə iqtisadiyyata, sosial və mədəni həyata töhfə verirlər... Faydasına baxmayaraq, mühacirlik ailələr üçün ağır yükdür. Miqrantlar kobud yaşayış şəraitiylə, ayrı-seçkiliklə üzləşirlər. Bir çox hallarda az maaş alırlar. Onlar iqtisadi məhrumiyyətlər zamanı təhlükəsizlik problemlərindən də əziyyət çəkir...

Miqrantların uşaqları insan alverçilərinin toruna düşə bilərlər.

Miqrasiyanın verdiyi faydadan yararlanan dövlətlər çalışmalıdırlar ki, mühacirlər adaptasiyası və tərəqqi etsinlər.

Mən o dövlətlərə üzümü tuturam ki, onlar hələ də Miqrant İşçilər və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunmasına dair Beynəlxalq Konvensiyanı imzalamayıb. Gəlin, Beynəlxalq Ailə Günündə dünyadakı miqrantlara dəstək vermək öhdəliyimizi yerinə yetirək».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG