Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:58

Obama ilə Medvedev İrana qarşı mümkün sanksiyaları müzakirə ediblər


Ağ Evdən verilən məlumata görə ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev razılığa gəliblər ki, öz nümayəndələrinə İrana qarşı BMT-nin yeni sanksiyaları barədə müzakirələri intensivləşdirmək göstərişi versinlər.

Ağ Ev iki prezidentin mayın 14-də telefonla danışdıqlarını bildirir. Onlar bildiriblər ki, nüvə proqramına görə İrana BMT-nin yeni sanksiyalarının tətbiq edilməsi üstündə böyük dövlətlər arasında fikir birliyi yaranır. Prezidentlər öz nümayəndələrinə də göstəriş veriblər ki, Rusiya ilə ABŞ arasında fikir birliyinin əldə edilməsini mümkün qədər sürətləndirsinlər.
XS
SM
MD
LG