Qırğızıstanda keçmiş prezident Kurmanbek Bakiyevin tərəfdarlarının tutuduqları hökumət binalarının geri qaytarılması zamanı atışmada azı bir nəfər həlak olub, 37 nəfər də yaralanıb. Bu barədə müvəqqəti hökumətin səhiyyə rəsmiləri xəbər veriblər.
Calalabad şəhərində hakimiyyət tərəfdarları hökumət binalarını geri almaq istəyərkən atəş açılıb. Amma atəş açanın kim olduğu məlum deyil. Hər iki tərəfin silahlı olması barədə xəbərlər var.
Bu gün hökumət tərəfdarları Oş şəhərində hökumət binalarını Bakiyev tərəfdarlarından geri alıblar.
Keçmiş prezidentin tərəfdarları mayın 13-də O, Calalabad, Batken şəhərlərində hökumət binalarını tutmuşdular.