Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 21:04

Çexiya Azərbaycanı strateji tərəfdaşı hesab edir


Çexiya Azərbaycanı strateji tərəfdaşı hesab edir. Bunu Bakıda səfərdə olan Çexiyanın Xarici İşlər nazirləri Yan Kohout deyib. O bildirib ki, iqtisadi böhrana baxmayaraq ölkəsi Azərbaycanda öz səfirliyini açıb.

Səfirlik mayın 13-dən Bakıda rəsmən fəaliyyətə başlayıb.

Çex rəsmisi bildirib ki, Azərbaycanla iqtisadi əməkdaşlığı çox əhəmiyyətli hesab edirlər.
Azərbaycana səfəri zamanı enerji, turizm, təhsil, elm sahələrində əməkdaşlığın genişləndirilməsinə dair razılaşma əldə etdiklərini bildirən nazir qeyd edib ki, tərəflər Bakı ilə Praqa arasında birbaşa hava əlaqəsi yaratmağa da razılaşıblar.

Azərbaycanla Çexiya arasında aviasiya sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
XS
SM
MD
LG