Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 12:46

Azərbaycanda ümumdaxili məhsul azalacaq


Neft sektoru ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatında artımı təmin etməyəcək. Ümumi Daxili Məhsul artımı qeyri-neft sektorunun inkişafın yeni mühərriki ola bilməsindən asılıdır. İndi onun ixracda payı 5%-dir.

«Bunu dərk edən hakimiyyət qeyri-neft ixracını artırmaq qərarındadır və biznes mühiti yaxşılaşdırmağı düşünür», – deyə Beynəlxalq Valyuta Fondunun məlumatında bildirilir. O, Azərbaycanla martda keçirilən məsləhətləşmə əsasında hazırlanıb.

BVF 2010-cu ildə Azərbaycanda ÜDM artımı sürətinin kəskin (3 dəfədən çox) azalacağını proqnozlaşdırır və ötən ilki antiböhran uğurunu qeyd edir. Onda iqtisadiyyat 9,3% artmışdı.

Gözlənilir ki, bu il neft sektorunda artım 14,8%-dən 1,3%-ə düşəcək, qeyri-neft sektorunda 3%-dən 4,2%-ə artacaq. İstehlak qiymətlərinin artımı 4% - 2009-cu ildəkindən 4,5 dəfə çox gözlənilir.

Bu şəraitdə BVF direktorları Azərbaycanı dövlət xərclərində şəffaflığa, dövlət müəssisələrinə büdcə dəstəyinin azaldılması istiqamətində islahatlara, vergi güzəştlərini azaltmağa və vergi sistemini sadələşdirməyə çağırır.

Fond həmçinin Azərbaycanı Beynəlxalq Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü meyarlarına cavab verən ilk ölkə kimi təqdir edir. /Turan/
XS
SM
MD
LG