Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:31

Belarus Qırğızıstandakı səfirini geri çağırıb


Belarus Qırğızıstandakı səfirini təhlükəsizlik məqsədi ilə geri çağırıb.

Belarusun Xarici İşlər nazirliyinin sözçüsü Andrey Savinnix deyib ki, səfirlik heyəti və onların ailələrinin təhlükəsizliyi hazırkı şəraitdə Bişkekdə təmin oluna bilməz.

O, Qırğızıstanla diplomatik əlaqələrin kəsilmədiyini əlavə edib.

Mayın 13-də Bişkekdə Berlarus səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Nümayişçilər hazırda Belarusda olan devrilmiş prezident Bakiyevin verilməsini tələb ediblər.

Səfirlikdən onların qarşısına çıxan olmayıb.
XS
SM
MD
LG