Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:04

Avropa Komissiyası Azərbaycandan narazı qalıb


Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinin xəritəsi
Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinin xəritəsi
"İQTİSADİ SAHƏDƏ UĞURLAR VAR, AMMA..."

Avropa Komissiyası hesab edir ki, Azərbaycan Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planının icrası istiqamətində xeyli uğurlar əldə edib. Amma fundamental azadlıqların, insan hüquqlarının qorunması sahəsində də önəmli inkişaf yoxdur.

Bu barədə Avropa Komissiyasının internet səhifəsində yayılan son hesabatda qeyd edilir. Sənəd Qonşuluq Siyasətinə qoşulan ölkələrdə Fəaliyyət Planının icrasının vəziyyətinə həsr edilib.

Azərbaycanda blokun həmin siyasətinə qoşulub və hesabatda proqramın Azərbaycanda dair hissəsinin icrtası sahəsində vəziyyət də əksini tapıb.

Sənəddə qeyd edilir ki, Bakı 2009-cu ildə xüsusilə iqtisadi və sosial idarəetmə sahələrində xeyli uğurlar əldə edib. Beynəlxalq maliyyə böhranına baxmayaraq, il ərzində hökumət sosial xərcləri və sərmayələri artırıb. İqtisadi sahədə əsas çatışmazlıq ölkənin Dünya Ticarət Təşkilatına qoşulması istiqamətində çox az işin görülməsi olub.

"JURNALİSTLƏRİN GÖZÜNÜN QORXUDULMASI DAVAM EDİR"

Bundan başqa, Avropa Komissiyası vurğulayır ki, Azərbaycanda fundamental azadlıqların, insan hüquqlarının qorunması istiqamətində nəzərə çarpan irəliləyiş yoxdur: “Jurnalistlərin və hakimiyyəti tənqid edənlərin gözünün qorxudulması davam edib. Siyasi fəallara qarşı müəmmalı məhkəmələr aparılır. 2010-cu ildə siyasi dialoq və islahatlar, o cümlədən də qanunun aliliyinin təmin edilməsi, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində cəhdlər davam etdirilməlidir.

Bütün istiqamətlərdə qanunvericiliyin uyğunlaşdırılması, xüsusilə də müvafiq qanunvericiliyin gücləndirilməsi yolu ilə korrupsiya ilə mübarizə son dərəcə vacibdir” – deyə hesabatda qeyd edilir.

Sənəd müəllifləri 2009-cu ilin martında 9000 nəfərdən çox adamı əhatə edən Amnistiya Aktının qəbul edilməsi, dekabr ayında isə bəzi müxalifət jurnalistləri də daxil olmaqla 99 məhbusun azad edilməsinə dair prezidentin əfv fərmanı imzalamasını insan haqları sahəsində nəzərə çarpan müsbət hadisələr kimi göstərib.

105 GÜNƏ GÖRÜLƏN İŞİ İNDİ 10 GÜNƏ GÖRÜRLƏR

İqtisadi sahədə ciddi irəliləyişlər kimi də əsasən biznes mühitinin yaxşılaşdığı qeyd edilir: “2004-cü ildə Azərbaycanda bir şirkətin qeydiyyat müddəti 105 gün idisə, 2010-cu ildə bu müddət 10 günə endirlib. 2009-cu ilin iyununda vergi ödəyənlərin hüquqlarının möhkəmləndirilməsini nəzərdə tutan 46 düzəliş qəbul edilib. Bu düzəlişlərdə vergiyə nəzarət gücləndirlir, vergi yükü azaldılır.

2009-cu ilin fevralında çirkli pulların yuyulmasına dair yeni qanun qəbul edilib. Mərkəzi Bankda maliyyə kəşfiyyatı idarəsi yaradılıb”.

Hesabatda həmçinin qeyd edilir ki. Dağlqı Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında dair danışıqlar 2009-cu ildə olduqca yüksək səviyyəyə çatdırırlıb.

Avropa Birliyi yaxın vaxtlarda Azərbaycanda da daxil olmaqla Şərq Tərəfdaşlığı Proqramına qoşulan altı keçmiş sovet respublikası ilə - Ukrayna, Belorus, Moldova, Ermənistan, Gürcüstan və Azərbaycanla Assosiasiya Razılaşması imzalamağa çalışır. Blok mayın 10-da razılaşma üçün özünün direktivlərini qəbul edib.

VİZA VERİLMƏSİ SADƏLƏŞƏ BİLƏR, ƏGƏR...

Bu proqram çərçivəsində tərəfdaş ölkələrin – o cümlədən də Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə viza almalarının sadələşdirilməsi planları da var. Blokdan rəsmilər qeyd edirlər ki, gələcəkdə ölkələr bunun üçün lazım olan şərtlərə əməl etsələr, onların vətəndaşları da viza sadələşdirilməsi və ticarətdə bəzi üstünlüklər əldə edə biləcəklər.

Azərbaycanla Avropa Birliyi arasında ilk Əməkdaşlıq Razılaşması 1996-cı ildə imzalanıb, 1999-cu ildə isə qüvvəyə minib. Bakı 2006-cı ildə Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planı təsdiq edilib. Keçən ildən Azərbaycan Avropa Birliyinin Şərq Tərəfsdaşlığı proqramının da iştirakçısıdır.

Beynəlxalq maliyyə böhranına görə 2009-cu ildə aralarında ticarətin səviyyəsi bir qədər düşsə də hələ də Avropa Birliyi ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Bakının AB ölkələrinə idxalının tam əksər hissəsini isə enerji təşkil edir. Son vaxtlar Azərbaycana Birlik ölkələrinə kürü idxalına da daha münbit şərait yaradılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG