Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:01

Türkiyənin Minsk Qrupunun üzvü olmasını alqışlayardıq


“Biz Türkiyənin Minsk Qrupunun həmsədri olmasını əlbəttə ki, alqışlayardıq, amma bunu ilk növbədə Türkiyə bəyan eləməlidir”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Araz Əzimov qeyd edib ki, Minsk Qrupunun işini əlaqələndirən institut kimi üç ölkədən ibarət həmsədrlik var.

Və prinsipcə həmsədrlik daimi xarakter daşımır.

Bildiyiniz kimi, 1992-ci ildən fəaliyyətə başlamış Minsk Qrupunun ilk dövrlərdə bir sədri olub.
Sonradan bu iki, daha sonra isə 3 olub.

Əgər bu say birdən üçə qalxıbsa, dördə də ola bilər-deyə Araz Əzimov vurğulayıb.
XS
SM
MD
LG