Keçid linkləri

2025, 25 May, bazar, Bakı vaxtı 22:47

Niderlannada matəm günüdür


Niderlandda matəm günüdür.

Dünən Liviyanın paytaxtı Tripolidə baş vermiş təyyarə qəzasında ölənlərin azı 61-i Niderland vətəndaşıdır.

Ümumilikdə isə qəzada 103 adam ölüb.

Qəzadan təkcə bir nəfər-Niderlanddan olan 10 yaşlı oğlan sağ çıxıb.

Uşağın ayaqları sınıb, amma həyatı təhlükədə deyil.

Faciəyə görə Niderlandda seçkiqabağı kampaniyalar dayandırılıb.

İyunda ölkədə parlament seçkiləri keçirilməlidir.


XS
SM
MD
LG