Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:21

Sarusu gölünün daşması hələlik ciddi təhlükə törətməyib


Saatlıdakı Sarısu gölündə suyun səviyyəsinin qalxması ilə bağlı ciddi təhlükə yoxdur.

Bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin prezidenti Əhməd Əhmədzadə bildirib.

Onun sözlərinə görə, hazırda göldən axan su kollektor vasitəsi ilə başqa yerə yönləndirilir və gölün ətrafına əlavə texnika və canlı qüvvə cəlb olunub.

Əhməd Əhmədzadə onu da deyib ki, Şirvan şəhərinin Bayramlı qəsəbəsi və Sabirabad rayonunun Mürsəlli kəndində bəndatma işləri davam etdirilir.

XS
SM
MD
LG