Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 04:41

Kərzai korrupsiya ilə mübarizədə onu başa düşməyə çağırıb


Əfqanıstan prezidenti Həmid Kərzai ABŞ hökumətini korrupsiyayla mübarizədə Əfqanıstan hökumətinin üzləşdiyi çətinlikləri başa düşməyə çağırıb.

Kərzai Vaşinqtonda senatorlarla görüşərkən bildirib ki, hakimiyyət ölkədəki hökumət institutlarının normal fəaliyyət göstərməsi üçün bütün mümkün üsullara əl atır.

Beynəlxalq aləm dəfələrlə Əfqanıstan hökumətini ölkədə korrupsiyaya qarşı lazımınca mübarizə aparmamaqda tənqid edib.

Həmid Kərzai senatorlardan əvvəl prezident Barak Obamayla görüşüb.

Tərəflər bu yaxınlarda Kabillə Vaşinqton arasındakı narazılığın müvəqqəti olduğunu və bunun şişirdildiyini bildiriblər.

Kabil Əfqanıstanda aparılan hərbi əməliyyatlar zamanı dinc sakinlər arasında itkilərə dəfələrlə etirazını bildirib.

XS
SM
MD
LG