Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 17:16

“Ən yeni ədəbiyyat” almanaxının redaktoru Günel Mövlud oldu


“Qanun” nəşriyyatının başladığı “ədəbi gəncliyə dəstək” layihəsi çərçivəsində nəşri nəzərdə tutulan “Ən yeni ədəbiyyat” Almanaxına Günel Mövlud redaktor təyin olunub.

Almanax ildə iki dəfə nəşr olunacaq. Bədii yaradıcılığın bütün sahələrini əhatə edən toplunun ilk sayının çapı və təqdimatı iyun ayında nəzərdə tutulub.

Almanaxda nəşr olunmaq istəyən müəlliflər elektron, yaxud birbaşa redaksiyaya müraciət edə bilərlər.

Almanaxın redaksiya şurasının tərkibi yaxın vaxtlarda elan olunacaq.

“Qanun” nəşriyyatı həmçinin “Ən yeni ədəbiyyat” silsiləsindən Pərviz Cəbrayıl, Günel Mövlud və başqa yeni nəsil yazarların kitablarını çap etməkdədir.

Həmçinin oxu
"Dövlətdən nəsə istəmək ayıb və tərbiyəsizlikdir"

XS
SM
MD
LG