Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:26

Bakiyev tərəfdarları yerli hökumət binasını ələ keçiriblər


Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevin tərəfdarları Oş şəhərində yerli hökumət binasını ələ keçiriblər.

Yüzlərlə adam əvvəl nümayiş keçirib, daha sonra mühafizəçilərlə vuruşaraq binaya daxil ola biliblər. Xəsarət alan yoxdur.

Nümayişçilər Bakiyevin qayıtmasını və devrilmiş regional hökumətin bərpasını tələb edirlər.

Ötən ay devrilən Kurmanbek Bakiyev hazırda Belarusdadır.

Bundan əvvəl nümayişçilər paytaxt Bişkekdə hökuməti devirib. Polislə toqquşmalar zamanı 85 nəfər ölüb.
XS
SM
MD
LG