Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:44

Yuxarı palata da Nazarbayevin «xalqın lideri» statusunu təsdiqlədi


Qazaxıstanın yuxarı palatası da prezident Nursultan Nazarbayevə «xalqın lideri» statusu verilməsini təsdiqləyib.

Bundan əvvəl parlamentin aşağı palatası konstitusiyaya dəyişikliyini qəbul etmişdi. Dəyişikliyə görə ölkənin daxili və xarici siyasəti ilə əlaqədar bütün məsələlərdə son söz Nazarbayevə məxsus olacaq. Hətta o, hakimiyyətdə olmasa belə.

Həmçinin Nazarbayevə mühakimə toxunulmazlığı hüququ da verilir. Tənqidçilər belə bir düzəlişin yalnız prezidentin şəxsi mənafeyinə xidmət etdiyini deyir.

Qazax prezidenti 1991-ci ildən ölkəsinə rəhbərlik edir.

XS
SM
MD
LG