Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:50

Yol polisi 4683 piyada cərimələyib


Dövlət Yol Polisinin «Diqqət, piyada» adı altında keçirdiyi aylıq başa çatmaq üzrədir. Tədbir çərçivəsində yol hərəkəti qaydalarını pozan 4683 piyada cərimələnib.

Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Lider TV-yə dediyinə görə, aylığın keçirildiyi dövrdə yol nəqliyyat hadisələrinin sayında azalma qeydə alınıb. Dövlət Yol Polisi əməkdaşının sözlərinə görə, maarifləndirmə işi əsasən məktəblərdə, azyaşlılar arasında aparılmalıdır və bu işdə təkcə yol polisi yox, müəllim və valideynlər də fəallıq göstərməlidir.
XS
SM
MD
LG