Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:46

Sarısu gölünün daşması nəticəsində bir neçə kənd su altında qalma təhlükəsilə üzləşib


Sabirabad və İmişli rayonları arasındakı Sarısu gölünün daşması nəticəsində bir neçə kənd su altında qalma təhlükəsilə üzləşib. Saatlının Nərimankənd ərazisindən dağılan bənd bərpa edilsə də, bənd Hacıqasımlı kəndi istiqamətindən dağılıb.

Rayon sakinlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, vəziyyət təhlükəli olduğundan 6-7 kəndin sakinləri ötən gecədən ərazini tərk etməkdədilər.

Hazırda ərazidə Fövqəadə hallar Nazirliyinin texnikası, xilasedicilər və hərbçilər işləməkdədilər.
Bundan başqa Saatlı-İmişli yolu boyunca yerləşən kəndləri də əhali tərk etməkdədir. Adamlar əsasən Şirvan və Bakı şəhərinə gəlməkdədilər.

Mayın 11-də Sabirabadın Mürsəlli kəndinin arxasından dağılan bəndi hələ də bağlamaq mümkün deyil. Qonşu Şıxlar kəndindən axan su rayonun Qaralar və Məmişlər kəndinə doğru axmaqdadır.

Mayın 7-də Şirvan şəhərinin Bayramlı qəsəbəsi istiqamətdən dağılan qoruyucu bənd artıq bağlanıb. Su və Melorasiya ASC-nin rəhbəri Əhməd Əhmədzadə jurnalistlərə bildirib ki, ərazi beton və qaya parçaları ilə bağlandığından su hələ də daşlar arasından axmaqda davam edir.

Onun sözlərinə görə, suyun qarşısını tam almaq üçün ərazidə hələ bir müddət iş aparılacaq.

Həmin bəndin bərpası Kürün Salyan istiqamətində suyun səviyyəsinin qalxmasına səbəb olub.
XS
SM
MD
LG