Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 23:07

Futzal üzrə ölkə kubonunun finalçıları bəlli oldu



Bu gün futzal üzrə ölkə kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. “Neftçi” və “Azmetko” klublarının qarşılaşmasında qapılara ümumilikdə 14 qol vurulub.

Oyun 8:6 hesabı ilə “Neftçi”-nin xeyrinə qurtarıb.

“Araz”-“Ekol” oyunu isə başa çatmayıb. Qarşılaşmanın 15-ci dəqiqəsində, “Araz” hesabda 6:0 irəlidə olarkən, “Ekol” oyunu davam etdirməkdən imtina edib.

Nəticədə “ Araz” finala çıxıb.

Final oyunu mayın 14-də, saat 17:00-da Bakı İdman Sarayında keçiriləcək.
XS
SM
MD
LG