Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:03

Şikayət prezidentə çatmadı


Mayın 12-də Gədəbəyin Söyüdlü kəndindən Bakıya Prezident Adminstrasiyasına şikayətə gəlmiş qadınlardan ibarət 10 nəfər saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıb. Bu barədə AzadlıqRadiosuna polisə aparılan qadınlar məlumat veriblər.

Kənd sakinlərinin sözlərinə görə, şikayətləri kənd bələdiyyəsindən və Gədəbəy rayon Məhkəməsinin sədrindəndir. Prezident Adminstrasiyasına ərizə təqdim etmək üçün yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

9-cu polis bölməsinin növbətçi hissəsindən AzadlıqRadiosuna faktı təsdiqləyərək bildiriblər ki, Prezident Adminstrasiyasının qarşısına toplaşmaq istəyən Gədəbəy sakinlərinə xəbərdarlıq olunandan sonra onlar sərbəst buraxılıblar.
XS
SM
MD
LG