Keçid linkləri

2026, 17 İyul, cümə, Bakı vaxtı 17:55

Balaca sərnişin təyyarə qəzasından sağ çıxıb

Liviyanın paytaxtı Tripolidə 100-dən çox adamın ölümüylə nəticələnmiş təyyarə qəzasında Niderlanddan olan oğlan sağ qalıb.

Təyyarə Tripoli hava limanında yerə enərkən qəzaya uğrayıb.

Hələlik qəzanın səbəbi bəlli deyil.

Cənubi Afrikadan gələn A-330 sərnişin təyyarəsi qısa müddətə Tripolidə yerə endikdən sonra Londona uçmalıymış.

Təyyarədə 93 sərnişin və 11 heyət üzvü olub.

XS
SM
MD
LG