Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:05

Camal Məmmədxanlı: «Göyə çıxmağa çalışırıq...»


«Canaz» İnternet TV-nin rəhbəri Camal Məmmədxanoğlu
«Canaz» İnternet TV-nin rəhbəri Camal Məmmədxanoğlu
«Canaz» TV təkcə Türkiyə azərbaycanlılarının deyil, bütün dünya azərbaycanlılarının televiziyası oldu»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan «Canaz» İnternet TV-nin rəhbəri Camal Məmmədxanoğlu söylədi. Aparıcının «Televiziyanız hansı ehtiyacdan yarandı» sualını cavablayan türkiyəli qonaq ölkəsində 3 milyondan çox Azərbaycan türkü yaşadığını və hələ Sovetlər dönəmindən bu yana Azərbaycan deyərkən «Can» sözünün səsləndiyini gözə alıb bu adı seçdiyini etiraf etdi. Türkiyədə peykdən yayım yapan 100-dək televiziya olduğunu, ancaq Azərbaycan türklərinin bir televiziyası belə olmadığını söylədi.

İMKANIM BUNA ÇATDI...

AzadlıqRadiosunun «Niyə internet TV kimi fəaliyyətə başladınız, «Canaz» bir peyk televiziyası ola bilməzdimi» sualını Camal Məmmədxanoğlu belə cavabladı:

«Bu bir imkan məsələsidir. İmkanım internetdə yayım yapmağa çatırdı. Öncə bir televizion kanalını satın almaq istədim. Amma imkan çatmadı. Fikirləşdim ki, dostlardan kömək ummaqdan əvvəl adamın özünün əlini daşın altına qoyması lazım. Amma qarşıma məqsəd qoydum ki, 2010-cu ilin sonuna qədər peykdən yayım yapan televiziona dönə bilərik».

Hələlik Türkiyədə yayımlanan peyk televiziyalarından saat satın almaq fikrində olduğunu deyən C.Məmmədxanoğlu internet yayımlarının paralel olaraq 24 saat davam edəcəyini də bildirdi: «Amma əsas amacımız «Canaz» televizionunu göyə çıxarmaqdır, yəni peykdən yayımlanmaqdır».

ÜÇ AYDA 30 MİN TAMAŞAÇI

İnternetdən 12 saat canlı, 12 saat isə banddan, yəni təkrar yayımlandıqlarını deyən qonağımız üç ay içində 30 mindən çox adamın onları izlədiklərini dedi: «Gündəlik izləyici sayımız 300-lə 500 arasında dəyişir. Sınırlı internet İranda, Azərbaycanda, hətta Türkiyədə belə bizi izləyənlərin sayının məhdudlaşmasına səbəb olur».

BİZİ DÖRD GÖZLƏ GÖZLƏYƏNLƏR VAR

Bu üzdən peyklə yayıma can atdıqlarını söyləyən C.Məmmədxanoğlu ən çox da İran Azərbaycanında yaşayan türklərin bənzər televiziyaya ehtiyac duyduğunu vurğuladı:

Camal Məmmədxanoğlu, Ramiz Əskər və Elnur Eltürk
«Onlar bizi dörd gözlə gözləyirlər. Ona görə də, mütləq peykə çıxmalıyıq».

«Günaz TV ilə Canaz TV-nin adından başqa hansı oxşarlıqları, fərqlilikləri var» sualına C. Məmmədxanoğlu belə cavab verdi: «Dünya azərbaycanlıların 35 milyonu İran Azərbaycanındadır. O səbəbdən İran Azərbaycanı xəbərləri ağırlıq qazandı. Biz Günaz TV kimi İran hökumətinə savaş açan bir televizion olmayacağıq. Biz kültür-mədəniyyət televizionu olacağıq. Mədəniyyətimizlə bütöv Azərbaycan insanını qucaqlamağa çalışacağıq».

C.Məmmədxanoğlu iki məsələyə xüsusi diqqət ayıracaqlarını bildirdi: «Birincisi, Qarabağ məsələsidir. Hər hansı çözüm olursa-olsun aktiv siyasət yapacağıq. İkincisi, Güney Azərbaycanda ana dili - türk dili uğrunda gedən mücadiləyə hər türlü dəstək verəcəyik».

«CANAZ» HEÇ BİR PARTİYANIN, HEÇ BİR İQTİDARIN, HEÇ BİR DÖVLƏTİN DEYİL

Qurduğu televiziyanı qeyri-hökumət təşkilatına bənzədən Camal bəy «Bizə kömək edən hər sərmayədara, hər dövlətə minnətdar olarıq. Amma müstəqil televizion olacağıq» deyə vurğuladı.

Qonaqlar verilişə gələn SMS-ləri də cavabladılar.

- «Canaz TV» harda məskunlaşıb?

- Çalışanlar kimlərdir?

- Ramiz Əskər qonağımızın fəaliyyətini necə dəyərləndirdi?

- Verilişimizin digər qonaqları-- jurnalist Elnur Eltürk və Ramiz Əskər «Canaz TV»nin verilişlərinə baxırlarmı?

- «Canaz»ın ən çox nəyə ehtiyacı var?

- Dinləyicinin: «birdən «Avaz»a, Azərbaycan TV-lərinə bənzəyərsiniz» - sualı necə cavablandı?

- Bu TV-yə hansı ünvandan baxmaq olar?

«Can Bakı»nı elə bu səhifədən dinləyin
XS
SM
MD
LG