Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 12:02

İçərişəhərdə «İncəsənət bağı» açılıb


Bakının İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğundan verilən məlumata görə, «Kiçik Karvansara» və ya «Xan Karvansarası» adlanan abidədə əsaslı şəkildə bərpa-konservasiya işləri aparılıb, karvansara öz əvvəlki şəklinə qaytarılıb.

Mərasimə qatılanlara «Kiçik Karvansara» və «İncəsənət Bağı» haqqında ətraflı məlumat verilib, xalq sənətkarlığının müxtəlif nümunələri təqdim olunub. Açılışda müasir kuklaçı-rəssam Elmira Abbaslının «İçərişəhərin obrazları» sərgisi nümayiş etdirilib.

Kukla kolleksiyasının sözlərinə görə, köhnə Bakının personajlarını əks etdirən kuklalar İçərişəhər ağsaqqallarının danışdığı hekayətlərdən və tarixi fotomateriallardan, həmçinin elmi-tarixi faktlara istinad nəticəsində yaradılıb.

«İncəsənət Bağı» yaxın iki həftə ərzində tamaşaçılar üçün açıq olacaq.
XS
SM
MD
LG