Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:29

Daha bir azərbaycanlı fəal həbs edilib


İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası – ADAPP-ın sözçüsü Yaşar Həkkəkpur
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası – ADAPP-ın sözçüsü Yaşar Həkkəkpur
Güney Azərbaycan milli hərəkatının fəallarından olan Ayət Mehrəlibəyli həbs olunub. Bu barədə AzadlıqRadiosuna milli fəalların hüquqlarını müdafiə edən Elçin Hatəmi məlumat verib. O bildirib ki, mayın 10-da Sofyan şəhərində yaşayan Ayət Mehrəlibəylinin evinə hücum edən ETTELAAT məmurları axtarış aparıblar. Onu döyərək həbs ediblər, kitablarını və kompüterini də müsadirə ediblər.

Mehrəlibəyli əvvəllər də iki də həbs olunub. Birinci dəfə onu 2002-ci ildə Şəbistər şəhərində Zehtabinin məzarını ziyarət edərkən həbs ediblər. İkinci həbsi isə 2003-cü ildə Babəkin doğum günü münasibətilə Babək qalasını ziyarət edərkən baş verib.

Ayət Mehrəlibəyli Tərbiyyəti Müdərris Universitetinin məzunudur və Qopuz dərgisinin baş yazarı olub.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası – ADAPP-ın sözçüsü Yaşar Həkkəkpur deyir ki, Ayət Mehrəlibəylinin evində aparılan axtarışa və onun həbsinə görə məhkəmə qərarı təqdim olunmayıb. Ailə üzvləri hələ də onun harada saxlanması barədə məlumatsızdırlar. Yaşar Həkkəkpurun sözlərinə görə, milli fəalın ailə üzvləri onun həbsi barədə hər hansı kütləvi informasiya vasitəsinin suallarını cavablandırmaqdan qorxur. Ailə üzvləri bunu ETTELAAT tərəfindən izlənmələri ilə izah edirlər.
XS
SM
MD
LG