Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:27

Avropa Birliyi Azərbaycanla danışıqların istiqamətlərini müəyyənləşdirib


Azərbaycan, Ermənistan və Gürcüstanla Avropa Birliyi arasında imzalanan Asosiasiya Sazişiylə bağlı danışıqların istiqamətlərinin təsdiqlənməsi müsbət haldır. Avropa Birliyinin Xarici Siyasət rəsmisi və Avropa Komisisyasının vitse-prezidenti Katerina Eşton mayın 11-də verdiyi bəyanatda belə deyib.

Avropa Birliyi tərəfindən gələcəkdəki danışıqların istiqamətinin müəyyənləşməsi bizim Cənubi Qafqz dövlətləri ilə münasibətlərimizin dərinləşməsinə çox sadiq olduğumuzu göstərir.

Bu münasibətlər demokratiya, qanunun aliliyi, insan haqlarına hörmət kimi ortaq dəyərlər və prinsiplərə əsaslanır.

Bir il əvvəl mayın 7-də Praqada imzalanan Şərq Tərəfdaşlığı CƏnubi Qafqazla Birliyin münasibəltərini yeni mərhələyə çıxarıb. Bu mənada Assosiasiya Sazişi münasibətlərimizin götürdüyümüz öhdəliklər əsasında, siyasi uyğunlaşma və tədrici iqtisadi inteqrasiya istiqamətində inkişaf etidirlməsi üçün vacib alətdir. Və Avropa Birliyi bu istiqamətdə danışıqların başlanmasında çox maraqlıdır.
XS
SM
MD
LG