Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 01:58

İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul edib


Prezident İlham Əliyev mayın 11-də Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul edib.

Prezident Moskvada 9 May münasibətilə keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunması ilə bağlı Serdyukovu təbrik edib. Bayram mərasimində Azərbaycan zabitlərinin iştirakını ölkələr arasında dostluq münasibətlərinin rəmzi kimi qiymətləndirib.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirilib və bu səfərin hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

/AzərTac/

XS
SM
MD
LG