Kiyevdə parlamentin qarşısında iki minə yaxın müxalifətçi prezident Viktor Yanukoviçin istefası tələbi ilə piket keçirir. Etirazçılar əllərində “Yanukoviç, dayan! Ukraynanı satma!” şüarları tutublar. Piketə keçmiş baş nazir Yulya Timoşenko da gəlib.
Ukraynada etiraz aksiyaları Rusiya donanmasının Krımda 2048-ci ilə qədər qalması haqqında müqavilə imzalanandan sonra başlanıb.