Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:08

Gürcüstanın birinci xanımı Azərbaycana gəlir


Gürcüstanın birinci xanımı Sandra Rulovs mayın 12-14-də Azərbaycanda səfərdə olacaq. Bu barədə «Turan»a Gürcüstanın Bakıdakı səfirliyindən məlumat verilib.

Mayın 14-də saat 13:30-da «Hyatt Regency» otelində o, səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.

Səfərin təfərrüatı və məqsədləri açıqlanmır.

Sandra Rulovs dəfələrlə Bakıda işğüzar səfərdə olub, ölkə rəhbərliyi ilə görüşüb. Onun əvvəlki səfərləri humanitar layihələr ilə bağlı olub.
XS
SM
MD
LG