Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Səfər Əbiyev: «Minsk Qrupunun səyləri nəticə vermir»


Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev
Mayın 11-də Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlərin görüşündə Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

S. Əbiyev bildirib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində səyləri nəticə vermir, buna görə də aktivliyi artırmaq lazımdır. O qeyd edib ki, bütün səylər münaqişənin dinc şəkildə həll edilməsinə yönəlməlidir, əks təqdirdə vəziyyət region üçün arzuolunmaz həddə gəlib çıxa bilər.
XS
SM
MD
LG