Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:58

Rusiyanın müdafiə naziri Azərbaycandadır


Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Azərbaycanda səfərdədir. O bu gün Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşüb.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, görüşdə Rusiya ilə Azərbaycanın hərbi texniki əməkdaşlığının inkişaf perspektivləri, regiondakı mövcud hərbi siyasi vəziyyət və Qarabağ münaqişəsi müzakirə edilib.

Azərbaycanın müdafiə naziri deyib ki, ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanma prosesində səyləri nəticə vermir, buna görə də fəallığı artırmaq lazımdır. Əbiyev onu da deyib ki, bütün səylər münaqişənin dinc şəkildə həll edilməsinə yönəlməlidir. Əks təqdirdə vəziyyət region üçün arzuolunmaz həddə gəlib çıxa bilər.

XS
SM
MD
LG