Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:59

Xilasetmə paketi faydasını verir


Avro ölkələrinin maliyyə sabitliyi üçün 1 trilyon dollarlıq fövqəladə yardım fondunun yaradılmasından sonra Avropa birjalarının çoxu dünənki günü rekord səviyyədə gəlirlə tamamlayıb. ABŞ-da Dou Cons indeksi də 3.9 faiz artıb. Avronun dollara nisbətdə məzənnəsi 3 faiz artsa da, günün sonuna yenə əvvəlki məzənnəsinə düşərək, 1 dollar 27 sentə dəyişdirilib.

Avropa Birliyi ölkələrinin və Beynəlxalq Valyuta Fondunun birgə yaratdığı 1 trilyon dollarlıq fövqəladə kredit fondu 2008-ci ilin maliyyə böhranından bu yana ən böyük xilasetmə paketi sayılır.

XS
SM
MD
LG