Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 01:13

Yunanıstanda yeni etirazlar


Yunanıstandakı iki iri həmkarlar təşkilatı Çərşənbə günü birgə yürüş keçirəcəklərini bildiriblər. Təşkilatçılar yürüşün Yunanıstan hökumətinin “ədalətsiz və amansız” adlandırılan qənaət planına etiraz məqsədiylə keçiriləcəyini bəyan edirlər.

Yunanıstan hökuməti müflislikdən qurtulmaq üçün Avropa Birliyinin 110 milyard avroluq yardım vədinin ardınca bu qənaət planını elan edib. Həmin plana ötən həftə keçirilən etirazlar zamanı bir bank yandırılmışdı və 3 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG