Keçid linkləri

2025, 10 İyul, Cümə axşamı, Bakı vaxtı 12:46

Latviya Bakiyevin oğlunun həbsi tələbini əsaslı saymır


Qırğızıstan Latviyadan devrilən prezident Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyevin həbs edilməsini və təhvil verilməsini istəyib. Ama İnterfaks agentliyinin xəbərinə görə, Latviya prokurorluğu Qırğızıstan tərəfindən əlavə sənəndlər və dəlillər istəyib. Çünki, Bişkekdən göndərilən sənəndlərdə çoxlu ziddiyətlər var və aydın deyil.

Maksim Bakiyevin son vaxtlar Latviyadakı dostu olan iş adamının dəvətiylə Latviyada olduğu bildirilir. Qırğızıstan tərəfi Bakiyevi fırıldaqçılıqla dövlət əmlakını mənimsəməkdə ittiham eləyir və interpola axtarışa verib.
XS
SM
MD
LG