Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 10:05

İran qısa mənzilli raketləri sınaqdan keçirib


İran qısa mənzilli Fəcr-5 raketlərini uğurla sınaqdan keçirib. Fars xəbər agentliyi İran ordusunun generalı Kiomars Heydariyə istinadən xəbər yayıb ki, sınaqlar İran körfəzindəki hərbi təlimlər zamanı baş verib.

Fəcr-5 raketləri 75 kilometr məsafədəki hədəfləri vura bilir. İran körfəzindəki hərbi təlimlər ötən həftənin çərşənbə günündən başalyıb, 250 kvadrat kilometrlik ərazidə keçirilir. Cəmi bir həftə İranın İnqilab Keşikçiləri korpusu da körfəz və Hörmüz boğazında təlimlər keçirmişdi.
XS
SM
MD
LG