Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:27

Rusiya Suriyaya niyə qayıdır


Rusiya prezidenti Dmitri Medvedev
Rusiya prezidenti Dmitri Medvedev
...2008-ci ildə Rusiyanın Gürcüstanla müharibəsində Moskvanı dəstəkləyən çox az ölkədən biri Suriya idi.

...1991-ci ildə SSRİ dağılana kimi Moskvanın Yaxın Şərqdə ən yaxın tərəfdaşlarından biri Suriya idi.

Suriya SSRİ silahının ən böyük alıcılarından idi.

SİLAH VƏ QAZ

Rusiya prezidenti Dmitri Medvedev Suriyaya iki günlük səfəri ərəfəsində Suriyanın «Əl Vətən» qəzetinə məqalə yazıb ki, «iki ölkə bir vaxtlar çiçəklənən münasibətlərini tam gücü ilə bərpa etməlidirlər».

Medvedev öz məqaləsində Suriyanı Yaxın Şərqin ən vacib oyunçularından adlandırır. Onun fikrincə, Rusiya və Suriya «çoxölçülü siyasi dialoqu sürətləndirməlidirlər».

Bütün bunlar praktiki olaraq nə deməkdir?

Bu suala cavab vermək üçün mayın 10-da Dəməşqə başlanan səfərində Rusiya prezidentini kimlərin müşayiət edəcəyinə nəzər salmaq bəs edir.

Medvedevi müşayiət edənlərdən biri Rusiyanın hərbi təyyarə istehsalçısı «İrkut»un prezidenti Demçenkodur, digəri Rusiyanın silah ixracatçısı «Rosoboronaeksport»un prezidenti İsaykindir.

Prezidentin xarici siyasət üzrə müşaviri Sergey Prixodko «Frans Press» agentliyinə deyib ki, Medvedevin səfərində hərbi əməkdaşlıq diqqət mərkəzində olacaq.

Prixodko deyib ki, Medvedevin Suriya danışıqlarında digər əsas məsələ enerjidir: «Qazprom» Suriyanın neft və qaz layihələrində iştirak etməyə hazırdır. Biz Suriyadan Livana mümkün qaz təchizatı layihəsini nəzərdən keçirməyə hazırıq».

KREML VAŞİNQTONLA DƏMƏŞQİN TERRORÇU MÜBAHİSƏSİNƏ İSƏ QATILMAQ İSTƏMİR

Medvedevin Suriya səfəri Amerikanın Suriyaya qarşı sanksiyaları daha bir il uzatması qərarı ilə üst-üstə düşür. Amerika Suriyanı terrorçu qrupları dəstəkləməkdə ittiham etməkdə davam edir.

Kremldəki mənbələr isə «Frans Press» agentliyinə deyiblər ki, Suriyaya qarşı sanksiyalar Vaşinqtonla Dəməşq arasında uzun danışıqların mövzusu olub, Rusiya buna qarışmaq istəməzdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG