Yaxın 2-3 gün ərzində dağılmış bənd tam bərpa olunacaq.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov fəlakət zonasında son məlumatları açıqlayarkən belə deyib.
APA-nın bu barədə yaydığı məlumata görə, nazir deyib ki, vəziyyət normallaşmağa doğru gedir:
«Bənd bərkitmə məsafəsi artıq qısalıb. Suyun qalxması müşahidə olunmur, bəzi yerlərdə 50-80 santimetr, hətta 1 metrə qədər azalmalar var. Yəni böhran vəziyyəti geridə qalıb. Köçürülmüş 9 kəndin əhalisinin vəziyyəti normaldır. Hazırda ərazidə bənd bərkitmə işləri ilə məşğuluq. Yaxın 2-3 gün ərzində bənd tamamilə bərpa olunacaq. Paralel olaraq təhlükəli yerlərin həm təhlil olunması, həm də sahil bərkitmə işləri davam edəcək. Çünki qarşıda yenə yağışlı günlər ola bilər».
Nazir bildirib ki, fəlakətin vurduğu ziyan hesablandıqdan sonra vəziyyət bütövlükdə təhlil olunacaq:
«Biz paralel olaraq kanalların təmizlənməsi işi ilə də məşğuluq. Bəzi yerlərdə kanallar dağılıb, onları ot basıb. Təmizləyəndən sonra yenidən belə bir təhlükə ola bilməz».
Kəmaləddin Heydərov hesab edir ki, «bu təbii fəlakətdir və burda başqa səbəb axtarmağa ehtiyac yoxdur».