Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

«Gül bayramı»na görə dayanacaqlar bağlanıb


Mayın 10-da keçmiş prezident, indiki prezident İlham Əliyevin atası Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti «Gül bayramı» keçirilir.

Ərazidə çoxlu polislər var. Polis adamlara parka gedən yolların bağlı olduğunu deyib, geri qaytarır. Milli Bankın qarşısındakı dayanacaqda avtobuslara dayanmaq imkanı verilmir. Parka açılan yeraltı keçidlər isə aprelin 25-dən bağlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında deyilir ki, «Gül bayramı» saat 11-dən axşam saat 8-ə qədər Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək. Axşam saat 9-dan isə Milli Parkda Saat Qülləsinin yanında konsert, axşam saat 11-də isə atəşfəşanlıq olacaq.

MÖVZUNU BURDA ŞƏRH EDİN

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG