Polşanın nümayəndə heyəti bu gün Smolensk ətrafında təyyarə qəzasının baş verdiyi əraziyə baş çəkəcəklər.
Prezidentin səlahiyyətlərini icra edən Bronislav Komorovskinin rəhbərlik etdiyi nümayəndə heyətinə 70-ə yaxın adam daxildir.
Aprelin 10-da Smolensk ətrafında baş vermiş təyyarə qəzasında Polşa prezidenti Lex Kaçinski və onun xanımı da daxil olmaqla 94 adam öldü.
Onlar Smolenskə 1940-cı ildə Sovet rejimi tərəfindən güllələnmiş polşalı zabit və ziyalıların xatirəsinə ucaldılmış abidəyə baş çəkmək üçün gedirdilər.