Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:40

Nəqliyyat nazirliyi gecləndirilmiş iş rejiminə keçib


Azərbaycanın Nəqliyyat Nazirliyi bölgələrdə baş vermiş daşqınlara görə 3 növbəli iş rejimi ilə işləyir.

Sabirabada 34 vaqon lazımi zəruri materiallar göndərilib, daha 55 vaqonun isə göndərilməsi planlaşdırılıb.

Bundan başqa 300-dən çox yük maşını hazır vəziyyətdədir.

Əhalinin daşınması üçün rayonlara avtobuslar göndərilir.

Salyan-Sabirabad istiqamətində yolu su basdığına görə, 18 km alternativ yol çəkilib. Dəmiryolunda hərəkət tam bərpa olunub. Rabitə problemləri aradan qaldırılıb.

Təbii fəlakət zonalarına yaxın olan Yol İstismar İdarələrinin əməkdaşları və texnikaları işə cəlb olunub.

/ANS/
XS
SM
MD
LG