Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:22

Bakiyevi Qırğızıstandan çıxaran pilot dövlət mükafatı aldı


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevi ölkəsindən çıxaran pilota dövlət mükafatı verib.
Pilot İqor Beilin İkinci Dərəcəli “Şərəf” ordeni ilə təltif edilib. Aprelin 15-də Bakiyevi Qırğızıstanın cənub şəhəri Calalabaddan Qazaxıstanın Taraz şəhərinə gətirən təyyarəni həmin pilot idər etmişdi.

Mayın 6-da həmin hərbi təyyarənin digər heyət üzvləri də müxtəlif medallarla təltif edilib.

Qazaxıstanda rəsmilər hesab edirlər ki, Bakiyevi ölkəsindən çıxarmaqla Qırğısıtandan qanlı toqquşmaların qarşısını alıblar.

Bakiyev aprelin 7-də Qırğızıstanda müxalifət tərəfdarları ilə 80-dən çox adamın ölümü ilə nəticələnmiş toqquşmalardan sonra paytaxt Bişkəki tərk etmişdi.

O, Qazaxıstana gətirilərəkən verilən rəsmi məlumatda deyilirdi ki, Rusiya, ABŞ və ATƏT-ə sədrlik edən Qazaxıstanla məsləhətləşmələrdən sonra bu qərar verilib. Qazaxıstana çatan kimi istefa ərizəsi yazan Bakiyev oradan da Belorusa gedib və hazırda orada yaşayır.
XS
SM
MD
LG