Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 19:00

Britaniya hökuməti «havadan asılı qaldı»


Ilkin dəyərləndirmələrə görə, Britaniyada mayn 6-da keçirilmiş parlament seçkilərində qalib həm var, həm də yox.

Bir tərəfdən müxalifət partiyası – mühafizəkarlar hakimiyyətdəki leyboristlərdən daha çox səs toplayıblar və buna görə də parlamentdə daha çox kresloya sahib çıxıblar.

Amma o biri tərəfdən cənab Kameronun başçılıq etdiyi mühafizəkarların bu üstünlüyü böyük deyil və indi nə müxalifət, nə də iqtidar təkbaşına hökumət qurmaq üçün parlametdə kifayət qədər mandata sahib deyillər.

Hansısa partiyanın hökuməti təkbaşına qurması üçün parlamentdəki 650 yerdən yarısından çoxuna – yəni

AZI 326 YERƏ SAHİB OLMASI LAZIMDIR

Axır 30 ildə ilk dəfədir ki, Britaniada belə qeyri-müəyyən vəziyyət yaranır.

Müxalifətdəki mühafizəkarların 300-dən çox, baş nazir Qordon Braunun Leyboristlər Partiyasının isə təxminən 255 mandat qazanacağı gözlənilir.

Kleq, Braun və Kameron
Liberal Demokrat Partiyası üçüncü yeri tutub və indi hökumətin necə qurulacağı libdemlərin lideri cənab Kleqin hansı partiya ilə əməkdaşlığa gedəcəyindən asılıdır.

Baş nazir Qordon Braun istefa vermək niyyəti nümayiş etdirməyib. O gözləmə mövqeyi tutub.

“Cənab Kameron və cənab Kleq əməkdaşlıq məsələlərini müzakirə edə bilərlər. Mən isə hər iki partiya ilə görüşməyə hazıram. Əgər onların danışıqları nəticəsiz bitsə, mən cənab Kleq ilə danışqılar aparmağa və mümkün əməkdaşlığımızı müzakirə etməyə hazıram”.

İndi sual yaranır ki, üçüncü yeri tutan libdemlərin şərtlərini kim yerinə yetirməyə hazır olacaq - mühafizəkarlar, yoxsa leyboristlər. Çünki

LİBDEMLƏR AZ ŞEY İSTƏMİRLƏR

Onlar Britaniyada seçki sisteminin dəyişdirilməsinə çalışırlar. Həmin seçki sistemi ki, libdemlər kimi kiçik partiyalara mühafizəkarlar və leyborstlər kimi iri partiyalarla müqayisədə daha az şərait yaradır.

Con O"Sullivan
Koalisyon hökumətin qurulmasında siyasi bicliklər də rol oynaya bilər. Bunu Azad Avropa və Azadlıq Radioları Korporasiyanın baş redaktoru, Britaniya seçkilərini ardıcıl müşahidə edən Con O”Sullivan deyir.

"Hansısa soyuqqanlı lider düşünə bilər ki, qoy o biri düşərgə hökuməti qursun. Onsuz da indi Britaniyanın büdcəsində böyük kəsir var, qoy kəsiri azaltmaq üçün vergiləri qaldırsınlar, büdcədən ayırmaları azaltsınlar.

Qoy camaatın xoşlamadığı bu işləri görüb özləri də qeyri-populyar olsunlar. Elə həmin vaxt növbədənkənar seçkilərin keçirilməsinə cəhd edək - onlar mütləq çoxluğa malik olmadıqları üçün bunu etmək mümkün olacaq – və belə şəraitdə qələbə qazanıb təkbaşına hökumət quraq”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG