Keçid linkləri

2024, 13 İyun, Cümə axşamı, Bakı vaxtı 14:14

Səbail Rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olub


Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir
Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir
Keçmiş prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində - mayın 6-da Səbail Rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Tikintisinə ötən ilin aprelində başlanmış beşmərtəbəli inzibati binanın ümumi sahəsi 2870 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş yeni bina bütün zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Yeni tikilidə 49 xidməti otaq, yeməkxana, sahəsi 306,8 kvadratmetr olan akt zalı var. Binada mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılıb. Ərazi metal şəbəkə ilə hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Yeri gəlmişkən, respublikanın Göygöl, Qusar və Oğuz rayonlarında da polis şöbələri üçün yeni inzibati binalar istifadəyə veriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG