Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 00:53

Kim haqlıdır: «Freedom House», yoxsa Saakaşvili?


Tbilisidəki İlya Dövlət Universitetinin professoru Gia Nodia
Tbilisidəki İlya Dövlət Universitetinin professoru Gia Nodia
«Avropa demokratiyası quran ölkənin mediasının «Freedom House» kimi mötəbər təşkilatdan «qismən azad» qiymətini alması biabırçılıqdır».

Bunu Gia Nodia AzadlıqRadiosuna şərhində yazır.

Tbilisidəki İlya Dövlət Universitetinin professoru xatırladır ki, keçən ay Los Ancelesdə çıxış edən prezident Mixeil Saakaşvili Gürcüstanda demokratikləşmədə problemlər olduğunu etiraf etdi. Ancaq o etiraf edəndə, məsələn, məhkəmələrin hələ də tam ədalətli olmamasını etiraf edir. Mətbuat azadlığına gələndə Saakaşvili bunu heç vaxt boynuna almır. Hətta media azadlığının boğulduğunu eşidəndə, belə ittihamları ədalətsiz sayır.

HƏQİQƏT HARDADIR? KİM DÜZ DEYİR? «FREEDOM HOUSE», YOXSA SAAKAŞVİLİ?

Əgər media azadlığına senzura prizmasından baxılsa, onda Gürcüstanda media azaddır. «Maestro» və «Kavkasia» kimi iki televiziya kanalı bütün günü hökuməti dünyada nə günah var, hamısında ittiham edir.

Bu yaxınlarda ikinci ictimai televiziya yeni formatı qəbul etdi. İndi burda hər bir müxalifətçi heç bir məhdudiyyət qoyulmadan hökuməti tənqid edə bilir.

Gürcüstan qəzetlərinin böyük əksəriyyəti hakimiyyətə müxalifətdədir
Gürcüstan qəzetlərinin böyük əksəriyyəti hakimiyyətə müxalifətdədir. Radioların çoxu hökumətin tənqidində ixtisaslaşıb.

Bunları nəzərə alanda Nodia yazır ki, «Gürcüstanda mətbuat azaddır» - demək mümkündür.

ƏKS ARQUMENTLƏR NƏDİR?

Həmin «Maestro» və «Kavkasia» kanallarına yalnız Tbilisidə baxıla bilir. Bütün ölkə boyu cəmi 3 televiziya yayıla bilir. Bunlar «Rustavi-2», «İmedi» və İctimai Televiziyanın birinci kanalıdır. Baxmayaraq ki, İctimai Televiziya müxalifət liderlərini tez-tez dəvət edir, bu televiziyaların hamısı hökumətpərəst informasiya yayır.

İctimai fikrə təsirinə görə, Gürcüstanın bütün televiziyaları birlikdə bu 3 televiziya ilə rəqabət apara bilməz.

Tənqidçilər deyirlər ki, bu 3 televiziya nəinki hökumətpərəstdir, hətta bunları hökumət idarə edir.

Hətta «İmedi» televiziyasının hər sözü hakimiyyətin fikri kimi qəbul olunur.

Sahibi milyarder Badri Patarkatişvili öləndən sonra «İmedi» hökumətin dostlarının əlinə keçib
Bəlkə də, bu, təsadüfi deyil. «İmedi» televiziyasının baş direktoru Georgi Arveladze bu yaxınlara kimi prezident ofisinin rəhbəri idi.

«Rustavi-2» televiziyasının nəzarət zərfini əlində saxlayan şirkət ofşor zonada qeydiyyatdan keçib. Bu şirkət kiminkidir? - Bilinmir.

MEDİA AZADDIRMI? «QİSMƏN AZAD» NƏDİR?


«Gürcüstanda media azaddırmı» sualı əslində iki tərəfkeşliyin - hökuməti tərifləməyin və hökuməti söyməyin davasıdır.

Bu iki tərəf arasında balans olsa, bəlkə də demək olardı ki, Gürcüstanda media azaddır. Ancaq tarazlıq pozulub.

Vaxtilə «İmedi» anti-hökumət mövqeyində dayananda bu iki tərəf arasında balans var idi. Ancaq onun sahibi milyarder Badri Patarkatişvili öləndən sonra «İmedi» hökumətin dostlarının əlinə keçdi.

[Bu şərhdəki fikirlər Gia Nodianın şəxsi mülahizələridir]

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG