Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Şirvan şəhəri su altında qala bilər


«Şəhər hər an su altında qala bilər» - Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komitəsinin sədri Samit Abıyev mayın 6-da «Media forum» saytına açıqlamasında belə deyib.

Komissiya sədrinin sözlərinə görə, mayın 5-dən 6-na keçən gecə Kür çayının Şirvan ərazisində suyun səviyyəsi 3 santimetr qalxıb: «Bu gün bəndbərkitmə işlərinə əlavə 300 sakin cəlb olunub. Hazırda 800 nəfərə yaxın adam bu işlə məşğuldur. Fövqəladə Hallar Nazirliyinin 50 nəfər zabiti və əsgəri də bu yöndə çalışır. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, «Azərenerji» kömək edir və əlavə qüvvələr veriblər. Su indi bəndlərin səviyyəsindədir. Bəndlər nəmlənib və hər an uçma təhlükəsi var. Suyun qarşısını canlı qüvvənin və texnikanın köməyi ilə çətinliklə saxlayırıq. Vəziyyət ağır olaraq qalır».

Komissiya sədri bildirib ki, hazırda 510 evin həyətini su basıb. 25 ev qəzalı vəziyyətdədir, icra hakimiyyətinin köməyi ilə 10 ailə yaxınlarının evinə köçürülüb.
XS
SM
MD
LG