Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:59

Ilham Əliyev Moskvada keçiriləcək paradda iştirak edəcək


Mayın 9-da Moskvada keçiriləcək hərbi paradda Prezident İlham Əliyev də iştirak edəcək.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin məlumat verib.

Qeyd edək ki, mayın 9-da Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-formal sammiti də keçiriləcək.

Rusiya prezidenti Dmitri Medvedev qələbənin 65-illiyi ilə əlaqədar hazırda Azərbaycanda yaşayan və Rusiya vətəndaşları olan 27 müharibə veteranını yubiley medalı ilə təltif edib.

Medallar bu gün Rusiyanın Azərbaycandakı səfirliyində təqdim olunub.
XS
SM
MD
LG