Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 04:29
Norveçli rejissor həbsdə olan jurnalist Eynulla Fətullayev haqqında film çəkir.

Mayın 5-də «İşdən sonra» proqramının qonağı olan Erlinq Borqen bu haqda danışıb.

Norveçli rejissor Azərbaycana mətbuat azadlığı haqda film çəkmək üçün gəldiyini bildirib. O, Fətullayevi bundan əvvəl Azərbaycanda lentə aldığı insan haqlarına dair filmində müsahibə zamanı tanıdığını bildirib.

Eynulla Fətullayevin həbsindən sonra isə Azərbaycanda mətbuat azadlığı haqda ikinci filmi çəkmək qərarına gəlib. Rejissor bildirib ki, filmdə Azərbaycan hökumətinin beynəlxalq öhdəlikləri necə yerinə yetirməsi məsələsinə də toxunulacaq.

Erlinq Borqen deyib ki, filmdə jurnalistlər, beynəlxalq təşkilatlarla yanaşı Azərbaycan hökumətinin də mövqeyi əks olunacaq. Bunun üçün artıq Norveç səfirliyi vasitəsi ilə hökumətə müraciət olunduğunu deyən rejissor hələlik cavab almadıqlarını bildirib.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG