Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:26

AzadlıqRadiosunun araşdırması birinci oldu


Səadət Akifqızı birinci yeri tutub
Səadət Akifqızı birinci yeri tutub
AzadlıqRadiosunun əməkdaşı Səadət Akifqızı araşdırma mövzusunda elan edilmiş müsabiqənin qalibi olub. Onun «İşsiz-peşəsiz peşə məktəbləri...» adlı məqaləsi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun («Soros» Fondu) «İctimai vəsaitlərin şəffaflığı və hesabatlılığı» mövzusunda elan etdiyi jurnalist müsabiqəsində birinci yeri tutub.

Mayın 5-də nəticələri məlum olmuş müsabiqədə 5 nəfərin qalib gəldiyi məlum olub. Müsabiqənin 1-ci turuna 46 yazı təqdim olunub, 2-ci tura isə 15 nəfər keçib, bunlardan yalnız 5 nəfəri yerlər tutub. Qaliblər pul mükafatı və sertifikatla mükafatlandırılıblar.

AzadlıqRadiosunun əməkdaşı Səadət Akifqızı həm də xarici ölkələrin birinə kurs keçməyə göndəriləcək.

Müsabiqənin qaliblərini və onların yazılarını təqdim edirik:

1. Səadət Akifqızı, AzadlıqRadiosunun əməkdaşı («İşsiz-peşəsiz peşə məktəbləri...» yazına görə);

2. Elxan Salahov, Lent.az portalının xüsusi müxbiri («Suyu sovrulmuş bulaqlar» yazısına görə);

3. Həbibə Abdulla, «Yeni Müsavat» qəzetinin iqtisadiyyat şöbəsinin müdiri («Dünyanın zibil təcrübəsi və Azərbaycan hökumətinin seçimi» yazısına görə);

4. Cavid Xəlilov, «Exo» qəzetinin əməkdaşı («О том как можно точнее невозможно получить информацию» yazısına görə);

5. Dünya Sakit, «Ekspert» jurnalının redaktoru («Dövlət vəsaitlərində səmərəsiz istifadə xəstələrin canına, sağlamların isə cibinə zərər vurur» yazısına görə).

Yazıların sonradan video formatında portallarda yayılması nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG